BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Saxta əlillik təyinatlarının ləğv edilməsini siyasiləşdirmək düzgün deyil”

“Azəraycanda saxta əlillik təyinatlarının ləğv edilməsi ilə bağlı məsələyə düzgün və sağlam yanaşmalıyıq. Əvvəlki dövrlərdə bir sıra hallarda vətəndaşlara əlilliyi guya təsdiq edən saxta sənədlər verilib. Bu, faktdır. Bir deputat kimi bizə də zaman-zaman bununla bağlı müraciətlər daxil olur və belə halların doğrudan da mövcud olduğunun şahidi oluruq. Cənab Prezidentin tapşırığına əsasən, bu sahədə islahatlar aparılır və qanunvericilik təkmilləşdirilir, saxta əlillik alan vətəndaşların məsələlərinə yenidən baxılır”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, süni şəkildə əlillik statusunun verilməsi əlillik dərəcəsi almağa haqqı çatan vətəndaşlar üçün bir sıra çətinliklər yaradır: “Bu baxımdan, problemi başqa məsələlərlə əlaqələndirmək yanlışdır. Rəqəmlər göz önündədir. O şəxslər əlillik statusu almalıdır ki, doğrudan da, fiziki sağlamlıqlarını və əmək qabiliyyətlərini itiriblər. Bir sözlə, məsələni siyasiləşdirmək lazım deyil. Burada başqa səbəblər axtarmağa ehtiyac yoxdur. Hər kəs həmin saxta sənədləri kimlərin necə aldığını yaxşı bilir. Əgər vətəndaş haqqı olmayan vəsaiti dövlətdən mənimsəyirsə, dövlət mütləq bunun qarşısını almalıdır. Yəni əvvəlki dövrlərdə həyata keçirilən yanlış addımların aradan qaldırılması üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir".

 

Nəzrin Cavid

Tarix: 10 İyun 2021, 16:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin