BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı - FOTO

Milli Məclisin deputatı Aydın Mirzəzadə özünü Kür çayına atan yeniyetməni xilas edən gəncə mobil telefon bağışlayıb.

 

Pravda.az xəbər verir ki, millət vəkili bu haqda sosial şəbəkə hesabında məlumat verib:

 

“Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım.O qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon alıb bağışlayacağıma söz vermişdim. Bu gün Mingəçevirdə olarkən onunla görüşdüm, hədiyyəmi ona təqdim etdim”.

 

O, yeniyetməni xilas edən gəngin Vətən müharibəsi iştirakçısı olduğunu qeyd edib. Belə ki, Elgün Əlicanov Suqovuşan istiqamətində vuruşub.

 

Deputat Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı  - Foto

Tarix: 10 İyun 2021, 16:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin