Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə əlaqədar bağsağlığı verdi

1 061
Paylaş:
Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə əlaqədar bağsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva vəfat edən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu haqda paylaşım edib.

Pravda.az xəbər verir ki, bu barədə instaqram hesabında yazan M. Əliyeva bildirib ki, Aleksandr İşein səmimi, mehriban, genişürəkli insan idi: “Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

Paylaş:

Ən son xəbərlər