“Ordumuz Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Bu gün bütün sahələrdə Ermənistanda hökm sürən xaos onu göstərir ki, onların dağıdılmış ordu qalıqları ayrı-ayrı şəxslərin əlində alətə çevrilib. Dünən Kəlbəcər istiqamətində Ermənistan tərəfindən törədilən təxribat Ermənistanda baş tutacaq seçki ərəfəsində edilən hərəkətdir”.
Cavid Osmanov Ermənistanın dünənki təxribatından danışdı
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.
“İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək iki jurnalist olmaqla, 3 mülki şəxs minaya düşərək həlak olub. Bu hadisədə Ermənistan üzərindən yayılmış tezislərdən çıxış edənlər 1993-cü ildə qaçıb gizlənməyə yer axtaran AXC-Müsavat rəhbərliyi, erməni lobbisinin himayəsində olanlar Qərbdə ayrı-ayrı “klaviratura qəhrəmanları” Azərbaycanı bununla hədəfə götürürlər. Dünən baş verən təxribata görə də Azərbaycanı günahlandıracaqlar?! Bu qədər xəyanət ola bilməz. 1993-cü ilin iyun ayının hadisələrini bir daha onların yadına salmaq istəyirəm. Azərbaycan xalqını bir daha belə mənfur xəyanətkarlara inanmamağa çağırıram”, - deputat vurğulayıb.