“Balet ustaları sovet dönəmində 35 yaşdan pensiyaya çıxırdı. Bu zaman futbolçular da dava edirdi ki, 35 yaşdan sonra pensiya ala bilmirlər, onlar da pensiyaya çıxa bilsin. Bizdə pensiya yaşı 65-dir. Sovet dövründə təhsil alanlar xatırlayar, “ölü pensiya” anlayışı var idi. İndi Azərbaycanda ona çatmışıq. Mən bu layihənin əleyhinəyəm. Birinci Qarabağ savaşının veteranlarının əksəriyyəti hələ veteran adı ala bilməyib. Süründürürlər o insanları. ƏƏSMN yanında veteranlarla bağlı 7 aydır, komissiya yaradılıb. Hələ bir açıqlama yoxdur. İkinci Qarabağ müharibəsinin bitməsindən 7 ay keçib”.
Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.