“Hazırda Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycan və Ermənistan arasında etimad tədbirlərini inkişaf etdirmək üçün dialoq içərisindəyik”.
Pravda.az-ın xəbərinə görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib.
O bildirib ki, sərhəd problemlərini həll etmək üçün effektiv çoxtərəfli fəaliyyət həm uzunmüddətli, həm də yeni meydana çıxan problemləri həll etmək üçün vacibdir: “Etimad tədbirləri ilə bağlı proqramımız vətəndaş cəmiyyəti, mütəxəssislər və peşəkarlar arasında ortaq standartlar, ən yaxşı təcrübəni paylaşmaq və qeyri-siyasi dialoqu təbliğ edir. Təbii ki, problemlər və həll yolları konkret şərtlərdən asılı olaraq dəyişir”.