BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev Əli Həsənova vəzifə verir?

Prezident Aparatının keçmiş şöbə müdiri Əli Həsənov AMEA-da vəzifəyə gətirilir.

 

Əli Həsənov Akademiyanın Fəlsəfə və ya Tarix İnstitutlarından birinə təyinat alacaq.

 

Bu barədə AMEA-dan məlumatlı mənbə Akademiyada baş verən son hadisələrdən danışıb. O, bildirib ki, yaxın zamanlarda Əli Həsənov AMEA-da çalışmağa başlayacaq. Artıq bu təyinat üçün müəyyən hazırlqlara da başlanılıb.

 

Xatırladaq ki, Ramiz Mehdiyev AMEA sədr təyin edildikdən sonra hakimiyyətdən uzaqlaşan bir neçə nəfəri akademiyada müxtəlif vəzifələrə təyin edib. Elə buna görə də onun yolunda maneçilik törədən institut direktorlarını bir-bir akademiyadan uzaqlaşdırmağa çalışıb.

 

Niyə məhz Əli Həsənov?

 

Mənbə bildirir ki, heç kəsə sirr deyil ki, zamanında Ramiz Mehdiyevin “qılıncının hər iki tərəfi kəsən” zamanlarda onun sadiq, sıravi əsgəri Əli Həsənov olub. Ona görə Həsənovun onun qvardiyasında xüsusi yeri var.

 

Niyə Fəlsəfə və ya Tarix institutu?

 

AMEA-dan məlumatlı mənbələrin bildirdiyinə görə, hər iki institutun rəhbəri Mehdiyevin sözünün qarşısına söz deyəcək halda deyil. Fəlsəfə institutunu rəhbəri İlham Məmmədzadə o qədər də arxası olan adam deyil. Sabah Mehdiyev onu kənara çəkmək istəsə, sözsüz ki, o bu qərara sorğulamadan boyun əyəcək. O, Ramiz Mehdiyevin təyinatının əksinə getməz və gedə də bilməz.

 

Tarix İnstitunda isə işlər bir az başqa məcradadır. Buranın direktoru Kərim Şükürov isə Ramiz Mehdiyevin şəxsən özünün təyin etdiyi kadrdır. Elə bu səbəblərə görə, Əli Həsənovun reablitasiya olunması üçün bu iki institut ən əlverişli yerdir.

 

Bizim.Media

Tarix: 11 İyun 2021, 18:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin