“Yol polislərinin iş şəraitinin daha fərqli olduğunu, fəaliyyət dairələrinin daha çətin olduğunu bilirik, hər cür hava şəraitində işləmələrini başa düşürəm, amma onların arasında fəaliyyət istiqamətindən kənar qərar verənlər olur. Bütün yol polislərinə aid etmirəm, amma içərilərində lazımsız yerə sürücünü saxlayan, radara düşdüyünü iddia edənlər var".
Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev yol polislərinin fəaliyyəti barədə danışarkən deyib.
O, yol polislərinin fəaliyyətindəki neqativ hallara toxunub: "Yol polisinin vəzifəsi yolu tənzimləməkdir. Daha fərqli desək, yol polisi yollarda sürücülərin qaydaları pozmasının qarşısını almalıdır. Yəni yol polisi sürücünü güdməməlidir ki, qaydanı pozsun, o da sürücünü cərimələsin. Yol polislərinin yaxşı addımlarının da şahidi olmuşuq, lakin düşünürəm ki, bütün yol polisləri vətəndaşlarla münasibətdə daha inci, həssas davranmalıdırlar. Yol polislərinin işlərində hər şey qanuna uyğun həyata keçirilməlidir.