İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.