Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi olmuş Onik Qasparyan müharibənin niyə 19 oktyabrda, rəsmi İrəvan üçün müqayisəedilməz dərəcədə əlverişli şərtlərin olduğu bir vaxtda dayandırılmaması ilə bağlı bəzi məqamlara toxunub.
Pravda.az “Sputnik”ə istinadən xəbər verir ki, Qasparyan bu məsələdə Paşinyanı günahlandırıb:
“Bəzi məsələlər var ki, biz o sirrləri açsaq, dövlətimizin mənafeyinə ciddi ziyan dəyəcək. Mənasız ittihamlar səsləndirmək əvəzinə hərtərəfli araşdırma aparmaq və məğlubiyyətdə payı olan hər bir günahkar simanı müəyyənləşdirmək lazımdır”.