BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatdı

Naxçıvan Qarnizonu Qoşunlarında iyunun 7-də başlayan komanda-qərargah təlimi başa çatıb.


Pravda.az-ın məlumatına görə, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində maket üzərində dəqiqləşdirilib, qəbul edilmiş qərara əsasən bir istiqamətdən digərinə yerdəyişmə zamanı bölmələrin manevretmə qabiliyyəti yoxlanılıb. Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib. Döyüş atışlarının icrası zamanı tank, motoatıcı, mexanikləşdirilmiş və raket-arilleriya bölmələri şərti düşmən hədəflərini məhv ediblər.


Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb. Təlimin sonunda qərargahların və praktiki fəaliyyətlərə cəlb edilən bölmələrin tapşırıqları icraetmə vərdişlərinin təhlili aparılıb, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.

Tarix: 12 İyun 2021, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin