Bir müddət əvvəl müğənni Damlanın adı ilə yayılan 18+ video ona böyük maddi ziyan vurub.
Pravda.az xəbər verir ki, populyar müğənni bu barədə Xəzər TV-nin "5/5" verilişində danışıb. Verilişin aparıcısı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən bayıra çıxmadığını bildirib:
"Düzdür, xalqı inandıra bilmədilər, amma o, 3 ay ərzində nələr çəkdi, nələr... O insanlar bununla nə əldə etdilər? Bu xanımın ailəsi var, balaca İbiş balası var. Belə insanı montajla düzüb-qoşub ləkələmək kişilikdən uzaqdır.
Mən çox nadir hallarda təsirlənərəm, kövrələrəm. Amma Damla ilə telefon söhbətimizdə çox pis oldum. Dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular. Nə dəhşətlər yaşadı, özü bilir... Amma nə etsələr də, xalqın gözündən sala bilmədilər".