İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb ki, Yanvarın 22-də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu məlumatı dəqiqləşdirmək üçün təkrarən https://www.e-gov.az yazıb “Enter” düyməsini sıxıram. “Elektron hökumət” portalının əsas səhifəsində “Bütün xidmətlər” bölməsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun təqdim "Elektron ipoteka və kredit zəmanət" sisteminə daxil olmağa çalışıram. Yenə eyni məlumat çıxır ki, "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə təqdim edilən "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir.