BURADA REKLAMINIZ OLA
BİLƏR

G7 zirvəsində Fransa prezidenti ilə Britaniyanın baş naziri arasında mübahisə yarandı

G7 zirvəsində Fransa Prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında mübahisə yaranıb.

Pravda.az xəbər verir ki, mübahisəyə səbəb Consonun daha çox bəhs etdiyi “Brexit” məsələsi olub.

Makron Boris Consonun gündəmdə bir çox mövzuların olduğu halda, diqqəti daha çox “Brext” məsələsinə yönəltməsindən narahat olub və ona iradını bildirib.

"Britaniyanın Avropa Birliyindən çıxması üçün özünüz imza atdınız, o zaman nə etdiyinizi bilməliydiniz”, deyə Fransa Prezidenti Boris Consonu qınayıb.

Xatırladaq ki, Böyük Britaniya 1 fevral 2020-ci il tarixdən Avropa Birliyindən çıxıb. Bundan sonra tərəflər arasında ticarət razılaşmaları ilə əlaqəli bəzi problemlər yaranıb.

Tarix: 13 İyun 2021, 23:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin