BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden Putinlə görüşü NATO liderləri ilə müzakirə edəcək

ABŞ prezidenti Co Bayden NATO liderləri ilə rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşünü bağlı qapılar arxasında müzakirə edəcək.

Pravda.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ rəhbəri görüşə ittifaqın tam dəstəyi ilə gedəcək:

“O, (Co Bayden - red.) müttəfiqləri ilə Putinlə görüşün mövzusunu müzakirə etmək fürsəti tapacaq. Bunu bağlı qapılar arxasında edəcək. Tərəflər zirvə görüşünün məqsədləri barədə müzakirələr aparacaq, bir-birilərini dinləyəcəklər. Buna görə Bayden bütün NATO müttəfiqlərimizin tam dəstəyi və həmrəyliyi ilə Cenevrəyə gedəcək”.

Qeyd edək ki, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin görüşəcək. İki ölkə liderləri məşhur “La Qranj” villasında bir araya gələcək.

Tarix: 14 İyun 2021, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin