“Almaniya ordusu hər keçən gün daha da təkmilləşən pilotsuz döyüş təyyarələrinin potensial hücumlarına qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib. Qəti şəkildə desək, Almaniya Silahlı Qüvvələri bu konkret münaqişədə Azərbaycanla döyüşəsi olsaydı, çətin ki, şansı olardı”.
Pravda.az xəbər verir ki, Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun yeni məqaləsində Türkiyə və İsrail dronlarının Qarabağdakı rolundan bəhs olunub.
Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Maykl Karl bildirib ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) döyüş və kamikadze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı yetərincə müdafiə oluna biləcək təchizatda deyil.
Məqalədə Azərbaycanın Ermənistanla uzun illərdir davam edən münaqişədə Türkiyənin “Bayraktar TB-2” və İsrailin “Hermes 900” dronlarından istifadə etdiyi, bunun da Bakıya hava üstünlüyü qazandırdığını bildirib.