Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Vətən müharibəsindəki qələbəmizdə beşinci nəsil silahların, xüsusilə "Bayraktar" dronlarının böyük rolu olub” - ŞƏRH

1 860
Paylaş:
“Vətən müharibəsindəki qələbəmizdə beşinci nəsil silahların, xüsusilə "Bayraktar" dronlarının böyük rolu olub” -       ŞƏRH

"Vətən müharibəsində tarixi qələbəmizin əldə edilməsində Azərbaycanın müasir silahlardan istifadə etməsi mühüm əhəmiyyət kəsb edib. Xüsusilə Türkiyə istehsalı olan "Bayraktar" dronlarının bu qələbədəki rolu əvəzsizdir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin 3 əsas qəhrəmanı var: "Birincisi, Ali Baş Komandan cənab İlham Əliyev, daha sonra isə Prezidentin formalaşdırdığı müzəffər hərbi hissələrimiz və xalqımız. Amma bütün bunlarla yanaşı, qələbəmizdə Azərbaycanın istifadə etdiyi beşinci nəsil silahların, xüsusilə Türkiyə istehsalı olan "Bayraktar" dronlarının böyük rolu olub. Hətta bu PUA-lar ermənilərdə vahimə yaradıb. Yumorla çəkilmiş bir kadrda görünür ki, erməni əsgərləri, sanki, PUA-nın səsini eşidib gizlənirlər. Lakin sonra məlum olur ki, gələn səs dronun yox, qaynayan çaydanın səsi imiş. Yəni "Bayraktar" PUA-ları bu dərəcədə ermənilərin gözünün qurdunu almışdı".

E.Nəsirov vurğulayıb ki, cənab İlham Əliyev hər zaman ordu quruculuğu məsələlərinə önəm verib: "Təsadüfi deyil ki, büdcəmizdə hərbi xərclər hər zaman ön mövqedə dayanır. Məsələn, 2020-ci il üçün bizim hərbi büdcəmiz 1,9 milyard dollar təşkil edirdi. Müqayisə üçün qeyd edim ki, Ermənistanın ötən il üçün hərbi büdcəsi isə 430 milyon dollar idi. Biz İsrail, Rusiya, Ukrayna, Türkiyə, Belarusiya, Pakistan və digər ölkələrdən ən müasir silahları almışıq. Əlbəttə ki, bu silahların arasında Türkiyənin "Bayraktar" PUA-larının xüsusi yeri var. Müharibənin gedişində bu silahlarla Ermənistanın hərbi texnikasını oyuncaq kimi məhv edirdilər. Qələbənin belə sürətlə əldə edilməsində "Bayraktar"ın xüsusi rolu olduğunu Almaniyanın ekspertləri də vurğulayırlar. Hər halda unutmamalıyıq ki, cənab Prezidentin də dediyi kimi qələbəmizin əldə edilməsində həlledici rolu əsgərlər oynayıb. Yəni qələbəni qazanan ilk növbədə əsgər və onun döyüş ruhudur".

Qeyd: Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutu “Dailysabah”dakı məqaləsində Türkiyə və İsrail dronlarının Qarabağdakı rolundan edib və "Bayraktar" dronlarının adını çəkərək Bakıya hava üstünlüyü qazandırdığını bildirib. Hətta qeyd olunub ki, Almaniya Silahlı Qüvvələri Azərbaycanla döyüşəsi olsaydı, çətin ki, şansı olardı...

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər