BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Ağazadənin və Rauf Arifoğlunun namizəd olduğu dairənin sədri istefa verdi - FOTO

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ.Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.

 

İ.Hüseynəliyev xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”.

 

Qeyd edək ki, sözügedən seçki dairəsində  əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni” Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedəcəyi gözlənilir.Unikal.org

Fotoları təqdim edirik
Tarix: 24 Yanvar 2020, 21:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin