ABŞ-ın əsas maliyyə orqanı olan Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini gözləniləndən daha erkən yüksəldə bilər.
Pravda.az-ın "The Wall Street Journal"ına istinadən verdiyi məlumata görə, iyunun 16-sı açıqlanacaq proqnozlar onu göstərə bilər ki, rəsmilərin əksəriyyəti faiz dərəcələrinin 2022-2023-cü illərdə artmasını gözləyir. Bunun səbəb kimi, artan inflyasiyanın gözləniləndən daha tez baş verməsi göstərilir. Bundan əlavə, iqtisadi artımın FED-in proqnozlaşdırdığı 6,5%-dən çox olması ehtimalı da bu gözləntilərə əsas verir.