BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sputnik V”nin ilk partiyası bu gün Türkiyəyə gətirildi

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin ilk partiyası bu gün Türkiyəyə çatdırılıb.

 

Pravda.az-ın xəbərinə görə, “Sputnik V” peyvəndinin ilk partiyasını daşıyan təyyarə Ankara Esenboğa hava limanına enib.

 

Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

 

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyun ayının sonunadək Türkiyəyə 30 milyon doza “Sputnik V”nin idxal ediləcəyini bildirib. “Sputnik V”nin Türkiyədə istehsalı üçün də iki ölkə arasında müqavilə imzalanıb.

Tarix: 14 İyun 2021, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin