2021-ci ilin 14 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Molqolustanın Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Bold Ravdanı qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Bold Ravdanı salamlayaraq, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd etdi.
Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, onun nəticələri, post münaqişə mərhələsi, o cümlədən azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verdi. Ağdam şəhərinə etdiyi səfəri çərçivəsində Səfirin buradakı vəziyyət və aparılan quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olduğu bildirildi.