BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden: "Əminəm ki, Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik"

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünü müsbət, məhsuldar adlandırıb və ABŞ-Türkiyə münasibətlərində “həqiqi irəliləyişə” nail olacağına inandığını bildirib.

 

O, bunu NATO sammitindən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

“Bir neçə dünya lideri ilə görüşmək şansım oldu. Türkiyə Prezidenti Ərdoğanla görüşümü yenicə bitirdim. Müsbət və məhsuldar bir görüş keçirdik. Əsasən, təkbətək görüş oldu. Komandalarımız bizim müzakirələrimizi davam etdirəcək və əminəm ki, Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik”, - deyə Bayden vurğulayıb.

Tarix: 15 İyun 2021, 00:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin