BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ərdoğanın Şuşaya səfəri çox əhəmiyyətli və təqdirəlayiqdir” - Qubad İbadoğlu

"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycan Respublikasına çoxdan gözlənilən səfəri baş tutub. Ərdoğan hazırda Bakıdadır, o  bugün Füziliyə, ordan  da Şuşaya səfər edəcək. Şuşada Türkiyə  və Azərbaycan arasında ikitərəfli və çoxmiqyaslı sazişin imzalanması və bir sıra vacib bəyanatların verilməsi gözlənilir. Aramızda həlli vacib olan gömrük, ticarət, daşımalarla bağlı problemlərin də çözülməsi bu səfərdən asılıdır".

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

 

Q.İbadoğlu bildirib ki, Ərdoğanın hazırkı  səfəri işğaldan azad olunmuş Azərbaycan ərazilərində olan ilk xarici ölkə prezidenti kimi çox əhəmiyyətli və təqdirəlayiqdir: “Bu səfər çərçivəsində Ərdoğanın Bakıda Türkiyə takımının oyununu izləməsi də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən futbol diplomatasiya kimi yüksək qiymətləndirilə bilər. Türkiyə komandasının qalib gəlməsi bu posesə  əlavə güc və enerji verə bilər. Türkiyəyə uğurlar!”

Tarix: 15 İyun 2021, 10:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin