BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Belə olan halda, Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrut əməliyyatına şərait yaradacaqlar” - İlqar Məmmədov

“Hadrutun "və bəlkə Şuşanın" Ermənistana qaytarılmasının mümkünlüyü haqda Köçəryanın sözləri təsadüfi deyil. "Bunu sülh yolu ilə edə bilərik" deməsi isə sifətimizə həyasızca gülməkdir. Köçəryan Paşinyanı yıxandan sonra yeni və kövrək rejimin möhkəmlənməsi üçün kütləvi simpatiyaya əlavə ehtiyac yaransa, onun Rusiyadakı bəzi imperialist çevrələrə aid himayədarları rus ordusu gücünə Köçəryanı mükafatlandırmağa çalışacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, bu mükafatın Hadrut olacağına dair Köçəryanın vəd aldığına artıq şübhə yoxdur: “Onlar eyni vaxtda Bakıda da fəallaşacaq. Qələbəmizə indiyədək "anti-Rusiya" pafosu ilə kölgə salmağa çalışanlar həmin Köçəryan himayədarlarının bu işdə 1 nömrəli yardımçısı olacaq, çünki "haqlı" çıxmış görünəcəklər və Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrut əməliyyatına şərait yaradacaqlar. Unutmayaq ki, belə anti-Rusiyaçıların bir çoxunu ayaqda saxlayan Azərbaycan hakim elitasının Moskvadakı bəzi imperialist dairələrə bağlı kəsimidir. O kəsim öz mövqelərini qaytarmağa çalışacaq”.

 

Partiya sədri bildirib ki, bu zaman polis özbaşınalığına böyük ehtiyac yaranacaq: “ “Çünki məhz bu yol ilə Azərbaycanın həm də Qərbdə mövqelərini daha da zəiflətmək lazım gələcək. Paşinyan hakimiyyətinin yıxılması Bakıda siyasi mübarizəni iyrənc ikiüzlü oyunlar bataqlığına darta bilər. Siyasi dialoqun həqiqi məzmunu gücləndirilməsə, 1988-93-cü illərin dağıdıcı rəqabət formatına müəyyən qayıdış çox mümkündür”.

Tarix: 15 İyun 2021, 11:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin