BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat başqanının müavini: “Əsas məsələ İlqar Məmmədovun öz məqsədinə çirkli üsullarla çatmaq istəyidir”

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı REAL Partiyanın sədri İlqar Məmmədova cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, S.Soltanlı bildirib ki, “Zəngəzur-Zəngəzur” deməklə, ucuz və zərərli populizmlə Köçəryanın səs faizlərinin artmasına, Ermənistandakı rusiyameyilillərin mövqelərinin yaxşılaşmasına xidmət edənlərdən biri olan İlqar Məmmədov yenidən Ədalət müəllimlə (Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyevi nəzərdə tutur – red) danışmaq üçün hakimiyyəti şantaj etmək xətti seçib.

 

Onun sözlərinə görə, burada diqqət edilməli əsas məsələ İlqar Məmmədovun öz məqsədinə çirkli üsullarla çatmaq istəyidir: “Yoldaş Məmmədovun şantajına “Qələbəmizə “anti-Rusiya” pofosu ilə kölgə salmağa çalışanlar”ı “alət” etməsi ikrah doğurur. Hansı ki, ilk dəfə Rusiya “sülhməramlılarının” ərazimizə gəlməsini işğal aktı kimi qiymətləndirənlərdən olan İlqar Məmmədov indi başqalarını “anti-Rusiyaçı”, “Qələbəmizə kölgə salanlar” adıyla “damğalamaq” işlərinə girişib. Gələcəkdə heç zaman baş verməyəcək Hadrutun Ermənistan tərəfindən işğal olunacağını, bu işdə daxildəki “anti-Rusiya” mövqelilərin Ermənistana yardım edəcəyi səfsətəsini söyləyəcək qədər adamın gözünü “dialoq” tutub. Təsəvvür edirsiz, hansısa işdə Ermənistandakı rusiyapərəstlərə Azərbaycandakı “anti-Rusiya”çılar yardım edəcəkmiş. Qarabağdakı “Rus “sülhməramlıları yox aa, Bakıdakı anti-Rusiyaçılar.  Yalanlarla öz əhəmiyyətini və informasiyalı olduğunu göstərməklə özünü və “dialoqunu” gözə soxmaqdan başqa bir şey deyil. O yazdıqları bütünlüklə hakimiyyətlə danışmaq istəyinə (hiss olunur ki, çoxdandır danışmırlar) hesablanmış, siyasi və proqnozlaşdırma baxımından da səhv olan söz yığınıdır. Sadəcə, öz mənfətləri üçün bütün vətənpərvərləri “satqın”, “vətən xaini”, “təxribatçı” adlandırmaq adi insanlıq tərəfindən də bağışlanmazdır. Ayıb olsun”.

 

Qeyd: PA-nın Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsinin müdiri Ədalət Vəliyev Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla sonuncu dəfə mayın 19-da görüşüb.

Tarix: 15 İyun 2021, 12:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin