BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu müasir zamanın tələblərinə uyğun şəkildə həyata keçirir”

"Ulu öndər Heydər Əliyevin siyasəti alternativsizdir. Cənab Prezident İlham Əliyev isə bu alternativsiz siyasi kursu müasir zamanın tələblərinə uyğun şəkildə həyata keçirir və inkişaf etdirir".

 

Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı danışarkən bildirib.

 

Deputat qeyd edib ki, 1993-cü ilin iyunun 15-də bugünkü müstəqil Azərbaycanın təməl daşı qoyulub: "Azərbaycanın işğala məruz qaldığı bir vaxtda, ölkəmiz anarxiya və hərc-mərclik, AXC-Müsavat cütlüyünün xəyanəti ilə üz-üzə olduqda xalqın təkidli tələbi ilə Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəlib və bütün özbaşınalıqlara son qoyub. Heydər Əliyevin uzaqgörən siyasəti, onun qətiyyəti, idarəçilik və beynəlxalq əlaqələr qurmaq bacarığı fonunda bu gün qüdrətli və müstəqil Azərbaycan qurulub. Əgər o vaxt atəşkəs elan olunmasaydı, vətəndaş müharibəsinin qarşısı alınmasaydı, "Əsrin müqaviləsi" imzalanmasaydı və ölkədə sabitlik bərpa edilməsəydi, biz bugünkü uğurumuzdan danışa bilməzdik. Bütün bunların fonunda 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə "mən Heydər Əliyev ənənələrini yaşadacağam" deyə qeyd etməsi və buna əməl etməsi Azərbaycanın daha da güclənməsinə səbəb olub. İndi ölkəmiz beynəlxalq təşkilatlara üzvdür, onlarla fəal iş aparır, eyni zamanda Qoşulmama Hərəkatına sədrlik edir. Həmçinin Prezidentin qurduğu strategiya nəticəsində, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən ən vacib ölkələrdəndir. Zamanında ölkədəki daxili sabitlik bərpa edilməsəydi, bugünki iqtisadi inkişafımız da olmazdı. Bütün bunların təməli illər əvvəl məhz 15 iyun tarixində qoyulub. İndi isə biz bu günü Milli Qurtuluş Günü kimi qeyd edirik. Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanmasaydı, torpaqlarını işğaldan azad edə bilməyəcəkdi. Bütün bunların ənənəsi məhz Milli Qurtuluş Günündən başlanır ki, bi yolu indi də cənab Prezidentimizin Ulu öndər Heydər Əliyevin ənənələrini yaşadaraq davam etdirir".

 

Nəzrin Cavid

Tarix: 15 İyun 2021, 14:32   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin