BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Türkiyə prezidentləri Şuşada - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb. Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Pravda.az xəbər verir ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan artıq Şuşaya çatıb.

Hazırda Şuşada prezidentlərin görüşünə son hazırlıqlar aparılır. Rəsmi qarşılanma mərasimi üçün fəxri qarovul düzülüb. Şəhərdə Azərbaycan və Türkiyə bayraqları dalğalanır.


Tarix: 15 İyun 2021, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin