Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın səfərinə görə artıq Şuşada hazırlıq işləri yekunlaşıb. Yerli media yazır ki, şəhər Türkiyə və Azərbaycan bayraqlarıyla bəzədilib.
Pravda.az xəbər verir ki, bu haqda məlumatı BBC yayıb. Xəbərdə bildirilir ki, Recep Tayyip Erdoğan bir neçə gün öncə azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada "iri miqyaslı" müqavilə imzalayacaqlarını bildirib.