Bu gün Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb.
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı - SON DƏQİQƏ
Pravda.az-ın məlumatına görə, Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.