BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrimizdə Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş bir sıra tədbirlər keçirilib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə dahi rəhbərin həyat və fəaliyyəti, eləcə də Milli Qurtuluş Gününün tarixi haqqında şəxsi heyətlə geniş söhbətlər aparılıb. Xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verən müsbət dəyişikliklər və Ümummilli Liderin bünövrəsini qoyduğu siyasi kursun bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti xüsusi qeyd edilib.

 

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin müəllim-şagird kollektivinin Azərbaycan əsgərləri üçün göndərdikləri bayram sovqatları şəxsi heyət tərəfindən minnətdarlıqla qarşılanıb.

 

Tarix: 15 İyun 2021, 18:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin