Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Kərimli: “Nəhayət, Azərbaycan-Türkiyə hərbi ittifaqı rəsmiləşdi”

1 477
Paylaş:
Əli Kərimli: “Nəhayət, Azərbaycan-Türkiyə hərbi ittifaqı rəsmiləşdi”

“Azərbaycan-Türkiyə hərbi ittifaqı nəhayət, rəsmiləşdi. Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli Şuşa bəyannaməsinin imzalanmasını müsbət qarşılayıb: “Şuşa bəyannaməsinə görə: "Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə... Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”. Millətimiz üçün xeyirli-uğurlu olsun”.

Paylaş:

Ən son xəbərlər