Futbol üzrə Avropa çempionatında ilk turun son oyunu keçirilib.
Pravda.az-ın məlumatına görə, Münhen şəhərindəki "Alyans Arena"da son dünya çempionları Almaniya ilə Fransa yığmaları üz-üzə gəlib. Görüş Fransa millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Almaniya yığmasından Mats Hummels öz qapısına vurub.