Dostum-qardaşım Tofiq Yaqublu soruşur ki, Şuşada İlham Əliyev və ya Tayyib Ərdoğan Xankəndi, Xocalı və digər işğal altında qalan şəhərlərimizin adın çəkdimi? Dolayısı ilə deyir ki, Şuşa Anlaşması boş şeydir. Yəni son aylarda dediklərini təkrar edir: "İlham Əliyev sən Qarabağı erməni və rus birləşmələrinə satmısan, Tayyib Ərdoğan da sənin cinayət ortağındır".
Mən hörmətli Tofiq Yaqubludan soruşmaq istəyirəm. II Qarabağ Savaşından öncə sən Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, Ağdam, Kəlbəcər, Füzuli deyə bilirdinmi? Horadiz, Şuşa necə? Deyə bilmirdin. Desəydin də boş söhbət olacaqdı. Çünki reallıq tam əksini göstərəcəkdi. İndi bütün adın çəkdiklərim bizdədir. Ancaq sən deyirsən ki, bunlar boş şeydir. Əsas məsələ Xankəndidir, Xocalıdır... Yəni, İlham Əliyev bir zəhmət, o şəhərləri də al. Qarabağdakı ermənilərin də hamısını Ermənistana qov. Zəngəzuru da ələ keçir, İrəvan da bizimdir... Sonra da istefa ver, get. Bir az da biz iqtidarda şellənək...
Bizim müxalifətimiz bu ağıldadır. İlham Əliyev iqtidardan getsə, bu ağılda olan siyətçilər iqtidara gələcək. Bax, onda Paşinyanın Ermənistana yaşatdığı müsibətləri bu başabəla siyasətçilər Azərbaycana yaşadacaqlar.