"Buralar minalarla doludur, buradan sağa-sola getmək olmaz. 15 əsir verdik, Ağdam rayonunun bütün mina xəritələrini aldıq".
Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yolboyu söhbətində bildirib.