BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin-Bayden görüşü başa çatdı

Rusiya və ABŞ prezidentləri Vladimri Putin və Co Bayden arasındakı görüş başa çatıb.


Pravda.az-ın xəbərinə görə, Putin-Bayden danışıqlaırının birinci hissəsi prezidentlər və Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ Dövlət Departamentinin rəhbəri Entonu Blinkenin iştirakı ilə baş tutub.

“La Qranj” malikanəsində keçirilən görüş daha sonra geniş tərkibdə, Rusiya və ABŞ prezidentlərinin köməkçiləri, səfirlər və hərbçilərin iştirakı ilə davam etdirilib.

Moskva vaxtı ilə saat 18:05-də isə Putin-Bayden danışıqları başa çatıb.

Görüşün yekunları ilə bağlı Rusiya və ABŞ prezidentləri ayrı-ayrılıqda mətbuat konfransı keçirməyi planlaşdırırlar.


Tarix: 16 İyun 2021, 19:32   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin