BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin və Bayden Rusiya və ABŞ səfirlərinin iş yerlərinə qayıtması ilə bağlı razılığa gəldilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden səfirlərin iş yerlərinə qayıtmaları ilə bağlı razılığa gəliblər.

Pravda.az-ın məlumatına görə, bunu Vladimri Putin Baydenlə danışıqlaırnın yekunlarına dair mətbuat konfransında bildirib.

O, amerikalı həmkarı ilə müvafiq olaraq Rusiya səfirinin ABŞ-a, ABŞ səfirinin Rusiyaya qayıtması ilə bağlı razılığa gəldiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Baydenin müsahibəsində Vladimir Putini “qatil” hesab etdiyini bildirməsindən sonra Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu geri çağırmışdı. Bunun ardınca isə ABŞ səfiri Con Sallevan da Vaşinqtona geri qayıtmışdı.

Tarix: 16 İyun 2021, 20:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin