"Hələ də suni qidanın adını yazıb yeni doğum edən ananın əlinə verirlər. Yeni doğum edənin, 6-7 aylıq uşağın anasına yox. Bu qədər də vicdansızlıq olmaz".
Pravda.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib.
"Smesi" soxmusuz doğum evinə, pul alırsız rüşvət alırsız. Heç olmasa kağıza yazıb verməyin. Uşaq 40 günlük 2.4 kilo çəki alıb. Həm süni qida, həm ana südünə görə. Niyə broyler toyuq olmalıdı ki. Nədi-nədi doğum evində yazıb veriblər əlinə, orda da veriblər uşağa, ana da evdə davam edir. Əlbəttə kəsdik “smesi”. Amma siz də bir vicdan olsun da bunu yazan həkimlər. Az dilənçilik edin. Səhiyyə Nazirliyi, kim baxır sizdə bu işə?
Paylaşdım. İctimailəşdirdim. Düşmən qazanıram özümə. Siz də bir tədbir görün. Siz də bir bu işə baxın. Qanunsuzluq öz yerində, vicdansızlıq da öz yerində.
