BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirmir, amma...”

Rusiya ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirmir, ancaq amerikalılar bunu hazırda edirlər.

 

Bunu Rusiya Prezidenti Vladimir Putin Cenevrədə keçirilən Rusiya-ABŞ sammitinin nəticələri barədə danışarkən deyib.

 

“Təlimlərə gəlincə, biz hərbi təlimləri öz ərazimizdə keçiririk, necə ki, Birləşmiş Ştatlar da öz ərazilərində çox təlimlər keçirirlər. Ancaq biz öz texnika və şəxsi heyətimizi ABŞ-ın dövlət sərhədlərinə daşıyaraq orada təlimlər keçirmirik. Təəssüf ki, amerikalı tərəfdaşlarımız bunu hazırda edirlər”, - deyə Rusiya prezidenti bildirib.

 

Putin əlavə edib ki, bunun fonunda narahatlıqlar Amerika tərəfindən deyil, Rusiya tərəfindən irəli sürülməlidir: “Eləcə də bu, danışıqların və mövqelərin müəyyən edilməsinin mövzusudur”.

Tarix: 17 İyun 2021, 07:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin