Atalar yaxşı deyib, zər qədrini zərgər bilər. 30 ildir ki, yad əlində qayğıdan, sevgidən məhrum olan Şuşa şəhəri gerçək sahiblərinin əlində yeni simasına bürünür. Tarixi şəhərdəki son dəyişiklikləri əməkdaşımız Rüstəm İbadovun Şuşadan hazırladığı reportajdan biləcəksiz.
Azadlığının 7-ci ayını yaşayan Şuşa qısa zaman keçməsinə baxmayaraq sahiblərinin əlində hər keçən gün gözəlləşir, abadlaşır...
İllərdir yad əlində hər cür diqqətdən uzaq qalan qədim Azərbaycan şəhəri bu gün tikinti-quruculuq meydançasına çevrilib.
Şuşanın tarixi qala divarlarında da artıq abadlıq işlərinə start verilib.
Şəhərdə yenidənqurma işlərinin canlanması və hərbçilərlə yanaşı mühəndislərin, eləcə də digər sahələrdə çalışan mülki şəxslərin sayının artması qida təminatı ilə bağlı sahələrin də inkişafına gətirib çıxarır. Elə şəhər azad ediləndən Şuşada çörək bişirən İftixar dayı da bu sahədə yorulmadan çalışanlardan biridir....