Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verdi

1 006
Paylaş:
Prezident azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə Pravda.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

Paylaş:

Ən son xəbərlər