BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xaliq Faiqoğlu" şirkəti işçilərini qanunsuz işlədir? - YENİLƏNDİ

“Xaliq Faiqoğlu” şirkəti açıqlama yayıb.


Şirkətin mətbuat xidmətindən Pravda
az-a bildirilib ki, şirkət tərəfindən işə götürülən şəxslərin hər biri ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanır: “Belə ki, bir müddət əvvəl şirkətə məxsus avtobuslardan biri növbədə olmayan sürücülərdən biri tərəfindən sərxoş vəziyyətdə qaçırılıb. Həmin vaxt onun yanında olan digər şəxsin guya konduktor kimi işlədiyi qeyd edilib. Halbuki həmin şəxsin “Xaliq Faiqoğlu” şirkəti ilə hər hansı bağlılığı yoxdur. Hazırda iş məhkəmə icraatındadır”.

 

***

 

00:28

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkədə ictimai sərnişindaşıma şirkəti barəsində cərimə protokolu tərtib edib.

Pravda.az xəbər verir ki, Xidmət 15 yaşlı şirkət “Xaliq Faiqoğlu” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Binəqədi Rayon Məhkəməsinə göndərib.

İXM-in bu maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tərtib edilir. Hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

“Xaliq Faiqoğlu” MMC 2006-cı ildə yaradılıb.


Banker

Tarix: 18 İyun 2021, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin