Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Bəzi xroniki böyrək çatışmazlığı xəstələrinə əlillik müddətsiz təyin olunacaq

2 093
Paylaş:
Bəzi xroniki böyrək çatışmazlığı xəstələrinə əlillik müddətsiz təyin olunacaq

Xroniki böyrək çatışmazlığı, böyrəkdaşı xəstəliyi, dializin tətbiqi ilə yardım zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

Pravda.az-ın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

2900-dən çox şəhid ailəsinin 10 mindən artıq üzvünə psixoloji yardım göstərilib

Sabahın hava proqnozu açıqlanıb - VİDEO

ETSN: Ötən il neft-qaz hasil edən 34 müəssisəyə 459 600 manat ödəmə tətbiq edilib

Aşağıdakı xəstəliklər zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

- Xroniki böyrək xəstəliyi IV mərhələ, XBÇ III mərhələ (qanda kreatinin səviyyəsi 352-528 mkmol/l aralığında): 81-90%

- Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ IV mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox): 91-100%

- Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ IV mərhələ (qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox, proqramlı hemodializ: 90-100%

- Normal funksiya və yaxud böyrək funksiyasının cüzi pozulması ilə müşahidə edilən tək böyrək olduqda. XBÇ-nin təzahürü olmadan və ya xroniki böyrək xəstəliyinin I-II mərhələsi ilə (XBÇ I mərhələ): 31-60%

- Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi III mərhələ (XBÇ II mərhələ): 80 %

- Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi IV mərhələ (XBÇ III mərhələ): 90 %

- Tək böyrəyin zədələnməsi xroniki böyrək xəstəliyi V mərhələ (XBÇ IV mərhələ): 100 %

- Böyrək transplantasiyasının 2 illik müşahidədən sonra immunitetin zəiflədilməsi zərurətinin olması halı: 70-80%.

Paylaş:

Ən son xəbərlər