BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülvi Quliyev gözlərinə bahalı linza qoydurduğuna görə tənqid edildi

"Mediadan “Ülvi Quliyev eynəkdən imtina etdi - Gözlərinə bahalı linza qoydurdu” başlıqlı yazı ilə tanış oldum. Təsəvvür edin, ölkənin, xalqın problemləri ilə məşğul olmalı olan deputatlar nə işlərlə məşğul olur".


Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.



Partiya sədri Ü.Quliyevə şəhid ailələri və qazilərin qayğısına qalmağı tövsiyə edib: "Azacıq görmə qabiliyyəti zəifləyən kimi özünü diskomfort hiss etmiş bu deputat, görəsən, gözlərini, sağlamlıqlarını vətən yolunda itirmiş şərəfli əsgər və zabitlərimizin nələr çəkdiyini dərk edir? Ülvi Quliyev və onun kimi deputatların bacardığı bir iş var: hansısa Qarabağ qazisi ilə görüşmək, gündəlik xərcinin onda biri qədər yardım edib, şəkil çəkdirib paylaşaraq nəsə etmiş kimi görünmək… Özünü iş görmüş kimi apararaq görüntü verib, publikaya işləmək... Görmə qabiliyyətini tam və ya qismən itirmiş qazilərimizdən heç olmaya birinin əməliyyatını etdirmisinizmi, ay hörmətli Ülvi Quliyev? Bəlkə pulunuz yoxdur? Bəli, pulunuz yoxdur. Xalqın kasıb təbəqəsinə, ehtiyaclı təbəqəsinə gəldikdə, pulunuz “olmur”. Amma öz şəxsinizə gəldikdə, milyonları dərhal tapa bilirsiniz… Sadəcə, ayıb olsun!"

Tarix: 18 İyun 2021, 17:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin