35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovun təbliğat kampaniyası son sürətlə davam edir. Kampaniya çərçivəsində R.Arifoğluna aid təbliğat materialları – yəni, xüsusi buraxılış, R.Arifoğlunun seçki platforması, üzərində R.Arifoğlunun fotosu olan təqvim, qələm ev-ev paylanıb.
Xüsusi buraxılışda namizəd haqqında bütün məlumatlar, eyni zamanda onun barəsində öz fikrini deyən ölkənin tanınmış ictimai-siyasi xadimləri, tanınmış köşə yazarlarının R.Arifoğlu haqqında yazıları, eləcə də namizədin öz müsahibəsi yer alıb.
Bu günə qədər içində bu material olan torbalar tam 7500 evə çatdırılıb. Bu isə hər ailədə 4-5 nəfərin olduğunu nəzərə alsaq, 30 min seçiciyə çatmaq, onları bu təbloğat materialları ilə tanış etmək deməkdir.