BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Zəngəzur dəhlizi haqda: “Bu məsələ siyasi cəhətdən həll olunub”

Zəngəzur dəhlizinin açılması region ölkələrinə əlavə rifah, maliyyə və dvidentlər qazandıracaq. Bu baxımdan dəhlizin açılması bütün ölkələrin maraqlarına xidmət edir. Bizim isə həm də tarixi birliyimizi təmin edir.

Pravda.az xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Deputat hesab edir ki, region ölkələri Zəngəzir dəhlizi imkanlarından yararlanmalı və beləcə əməkdaşlıq mühiti yaranmalıdır:

"Bu, hər bir ölkə üçün müsbət persperktivlər vəd etməklə yanaşı, regional əməkdaşlığı daha da gücləndirəcək. 10 noyabr sazişində də Zəngəzur dəhlizi məsələsinə diqqət ayrılıb. Hazırda bu istiqamətdə proses gedir. Üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət birgə işçi komissiya işləyir. Düzdür, erməni tərəfi elan edir ki, hələlik komissiyanın işi dayandırılıb. Ancaq nəzərə almaq lazımdır ki, bu, geridönməz prosesdir və onun qarşısını almaq da mümmkün deyil”.

Millət vəkili deyir ki, Ermənistanda da reallığı anlayanlar var, amma bəzi qüvvələr bilərəkdən bu layihəyə qarşı çıxış edirlər:

“Levon Ter-Petrosyan kimi erməni xalqına canı yanan siyasətçilər açıq deyir ki, Ermənistan ya avanturistlərin əlində məğlub olmalı, ya da Türkiyə ilə Azərbaycanla münasibətlər qurmalıdır. Hesab edirəm ki, Zəngəzur dəhlizi açılacaq. Daha doğrusu, bu məsələ siyasi cəhətdən həll olunub”.

Teleqraf.com

Tarix: 18 İyun 2021, 23:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin