“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirib.