BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Maxaçqala ilə Bakı arasında birbaşa uçuş həyata keçiriləcək

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Maxaçqala ilə Bakı arasında birbaşa aviareys həyata keçirəcək.

Pravda.az xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Onun sözlərinə görə, ilk reys iyulun 4-ə nəzərdə tutulub və biletlər artıq satışdadır. Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiyadan Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.

Tarix: 20 İyun 2021, 00:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin