“Ermənistan parlamentinə növbədənkənar seçkilərdə Rusiyanın açıq dəstək verdiyi Koçaryan məğlub oldu. Ermənistanda Rusiyanın təsir imkanlarının məhdudlaşması müsbət hadisədir.
Arif Hacılı: “Ermənistanda Rusiyanın təsir imkanlarının məhdudlaşması müsbət hadisədir”
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A.Hacılı bildirib ki, arxayınlaşmaq olmaz: “İndi Rusiya Ermənistandakı itkilərini Yuxarı Qarabağda bərpa etməyə, nəzarəti altında olan bu ərazini Cənubi Qafqazda əsas forpostuna çevirməyə çalışacaq”.