“Paşinyan Köçəryana və onun arxasındakı Rusiyaya qalib gəldi. Səslərin hamısı sayıldıqdan sonra məlum olub ki, Paşinyanın partiyası 53.92%, onun əsas rəqibi Köçəryanın seçki bloku isə 21.04% səs toplayıb. Azərbaycan ordusu qarşısında yaşadığı hərbi məğlubiyyətə və Rusiyanın bütün gücü ilə Köçəryanı dəstəkləməsinə rəğmən erməni xalqı Paşinyana sahib çıxdı”.
Əli Kərimli: “Erməni xalqı Paşinyana sahib çıxdı”
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.
Ə.Kərimli bildirib ki, ermənilər, hətta bu ağır hərbi məğlubiyyətdən sonra da Xocalı qatili, korrupsioner, oğru, avtoritar Köçəryanı hakimiyyətə buraxmadı: “Moldavanların, gürcülərin ardınca ermənilər də sübut etdilər ki, xalqlar istəyəndə artıq bu coğrafiyada da Rusiyanın istəmədiyi siyasi qüvvə hakimiyyətə gələ və hakimiyyətdə qala bilir”.