Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

"Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib" - Nazir

1 431
Paylaş:
"Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib" -     Nazir

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.

"Artım əsasən qeyri-neft sektorunun hesabına olub. Bu sahə üzrə daxilolmalar 2,754 mlrd. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib", - nazir qeyd edib.

Paylaş:

Ən son xəbərlər